AZ

BDYPİ səfərə çıxan sürücülərə müraciət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərə çıxan sürücülərə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, sürücülərin yol hərəkəti təhlükəsizliyinə diqqətlə yanaşmaları və qaydalara riayət etmələri ilə bağlı bir neçə mühüm məqamı nəzərə almaları vacibdir.
Həmin məqamları təqdim edirik:
1. Yol şəraitinə uyğun sürət seçin - havanın və yolun vəziyyətindən asılı olaraq sürət həddinə riayət edin. Hətta normalda təhlükəsiz olan sürət, əlverişsiz hava şəraitində və ya intensivlik çox olan yolda riskli ola bilər;
2. Yolda diqqətli olun - səfər zamanı diqqətinizi cəmləyin və hər zaman ehtiyatlı sürüş edin. Telefon istifadəsi, yorğunluq və ya digər səbəblər diqqəti yayındırır və qəza riskini artırır;
3. Təhlükəsizlik kəmərlərini bağlayın - hər bir sərnişin üçün təhlükəsizlik kəmərinin bağlanması vacibdir. Bu, həm sürücünün, həm də sərnişinlərin həyatını qorumağa kömək edir;
4. Avtomobilinizin texniki vəziyyətini yoxlayın - yola çıxmazdan əvvəl xüsusilə əyləc sistemləri, işıqlandırma və təkərlərin vəziyyətinə diqqət edin;
5. Yol polisinin tövsiyələrinə əməl edin - yolda hər hansı bir hərəkət məhdudiyyətləri və ya yol vəziyyəti ilə bağlı məlumat aldıqda, dərhal lazımi tədbirləri görərək yol polisi əməkdaşlarının göstərişlərinə riayət edin.
Seçilən
26
50
oxu.az

10Mənbələr