Suriyanın Latakiya əyalətində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda 50-dən çox təhlükəsizlik qüvvələrinin əməkdaşı ölüb.
“Report” xəbər verir ki, bu barədə region üzrə təhlükəsizlik rəhbəri “Al Jazeera” telekanalına bildirib.
Qeyd olunub ki, Əsəd tərəfdarları hökumət qoşunlarına pusqu qurub.
Xatırladaq ki, Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ölkələr Suriyanın keçid hökumətinə dəstəyini bir daha təsdiqləyərək, təhlükəsizliyin və sabitliyin qorunmasının və ölkənin gələcəyinə təhlükə yarada biləcək hər hansı eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıblar.