AZ

Makron bir sıra ölkənin baş qərargah rəisləri ilə görüşüb

Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə bir sıra ölkələrin baş qərargah rəisləri arasında görüş baş tutub.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyə və Böyük Britaniya da daxil olmaqla 30 ölkədən nümayəndə iştirak edib. ABŞ təmsilçisi toplantıya qatılmayıb. Görüş 1 saat 20 dəqiqə davam edib.

Makronun çıxışı əvvəlcə açıqlansa da, görüş bağlı qapılar arxasında baş tutub. Mənbə Fransa liderinin çıxış edib-etmədiyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Makron görüşü martın 5-də televiziya müraciətində açıqlayıb. Görüşdə mümkün atəşkəs razılaşmalarının yerinə yetirilməsinə nəzarət etmək üçün Ukraynada Avropa kontingentinin potensial yerləşdirilməsi məsələsinin müzakirəsi planlaşdırılırdı.

Seçilən
49
50
report.az

10Mənbələr