Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. "20 Yanvar" dairəsində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.