AZ

FHN Dərnəgüldə taxta sexinin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyi Bakıda taxta sexinin fəaliyyətini dayandırıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanında yerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyektdə qeyri-standart odun sobalarından istifadə olunur;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektdə yanğın su hovuzu və təxliyə planı mövcud deyil;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

Seçilən
10
45
aznews.az

10Mənbələr