AZ

Dələduzluğa görə 15 nəfər saxlanılıb

Polis əməkdaşlarının martın 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti verib. 

Martın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV

XQ

Seçilən
84
12
xalqqazeti.az

10Mənbələr