AZ

Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb - FOTO

Təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb.

Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı "Mercedes" avtomobili ilə toqquşub.

Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Bəbək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Babək Babək Babək Babək Babək
Seçilən
104
18
apa.az

10Mənbələr