AZ

Çağırışa gedən təcili tibbi yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Babək rayonu ərazisində baş verib.

Çağırışa gedən markalı təcili tibbi yardım avtomobili "Mercedes" avtomobili ilə toqquşub.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

BabəkBabəkBabəkBabəkBabək

Seçilən
90
18
avtosfer.az

10Mənbələr