AZ

“Aysun mənim yaşadıqlarımı yaşayır” - Rəqsanə ağladı - VİDEO

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovadan danışarkən göz yaşı töküb.

Bizim.Media xəbər verir ki, Rəqsanə “7 Tamam” verilişinə canlı bağlantı ilə qoşularaq kövrəlib. O, Aysunun həyat hekayəsini öz yaşadıqlarına bənzədib:

“Aysun həyatımda ən yaralı yerimdir. Onun taleyində yaşananlara çox pis oluram. Elə bil ki, mənim yaşadıqlarımı Aysun bir-bir yaşayır. Bu gün balasını tək böyüdür, ona əziyyət çəkir. Necə ki, mən Aysunu tək böyütmüşəm. Tək əziyyət çəkmişəm. Aysuna qurban olum, çox ağıllıdır, onunla fəxr edirəm. Nə yaxşı ki, belə övladım var. Ondan danışanda istər-istəməz məni yaş boğur, ağlayıram. İstəyirəm ki, Aysun o qədər xoşbəxt olsun ki, heç vaxt pis olmasın”.

Qeyd edək ki, A. İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılıb. Aysun Ramilin bu evlilikdən dünyaya gələn qızları Sevgi ilə görüşmədiyini deyib.



Sara, Bizim.Media

Seçilən
6
50
bizim.media

10Mənbələr