AZ

Husilər hava zərbələrinə cavab olaraq ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə Birləşmiş Ştatların "USS Harry Truman" təyyarədaşıyan gəmisinə hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu, bir sutka ərzində ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilən ikinci hücumdur.
Qeyd edək ki, ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində 53 nəfərin öldüyü, azı 98 nəfərin yaralandığı bildirilib. Husilər həlak olanların hamısının mülki vətəndaş olduğunu bildiriblər.
Seçilən
29
13
oxu.az

10Mənbələr