AZ

17 yaşlı yarımmüdafiəçi üçün 51 milyon avro ödəyəcək - Paytaxt təmsilçisi

“Sportinq”in yarımmüdafiəçisi Covanni Kenda karyerasını “Çelsi”də davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun transfer qiyməti 51 milyon avro olacaq.

Yarımmüdafiəçi gələn il londonluların heyətinə qatılacaq və onun müqaviləsi daha bir mövsüm uzadılma ehtimalı ilə 7 mövsümlük olacaq.

Futbolçunu almaq uğrunda mübarizədə “Çelsi” keçən yay onu heyətinə qatmağa cəhd edən “Bayern” və “Mançester Yunayted”i qabaqlayıb.

Kenda bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.

Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
54
4
sportinfo.az

10Mənbələr