AZ

Dolu və sulu qar yağacaq - Sabahın havası

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq.


Seçilən
82
9
news24.az

10Mənbələr