AZ

Zelenski "qırmızı xəttimizdir" demişdi: ABŞ-dan Putini sevindirən QƏRAR

ABŞ prezidenti Donald Trampın administrasiyası Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "Semafor" iki mənbəyə istinadən məlumat yayıb.

Yarımadanın tanınması Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmanın bir hissəsi ola bilər. Nəşrin mənbələrinə görə, administrasiya BMT-nin Krımı Rusiya ərazisi kimi tanıması imkanını müzakirə edib.

"Bununla belə, Tramp hələlik bu məsələ ilə bağlı heç bir qərar verməyib", - məqalədə deyilir. Ağ Evin isə buna şərh verməkdən imtina edib.

Bundan əvvəl ABŞ lideri Rusiya prezidenti Vladimir Putinlə danışıqların martın 18-nə planlaşdırıldığını açıqlamışdı. Siyasətçi qeyd edib ki, münaqişənin həlli üçün yaxşı şans var. Birləşmiş Ştatlar birbaşa Kiyevlə Moskva ilə sülh şərtlərini, o cümlədən ərazilər məsələsini müzakirə edir. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals qeyd edib ki, Ukraynadakı vəziyyətin həlli Kiyevin gələcək təhlükəsizlik zəmanətləri üçün ərazilərdən bir növ imtina etməsi ilə əlaqələndiriləcək.

Öz növbəsində Tramp bildirib ki, Vladimir Putinlə gələcək söhbət zamanı o, ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini qaldırmağı planlaşdırır.

Seçilən
104
29
publika.az

10Mənbələr