AZ

DYP bayram günləri yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Oxu.Az-a BDYPİ-dən məlumat verilib.
Müraciətdə yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.
Seçilən
43
50
oxu.az

10Mənbələr