AZ

Tramp: "ABŞ Rusiya ilə Çinin yaxınlaşmasını istəmir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ gələcəkdə Rusiya və Çinin daha da yaxınlaşmasını istəmir, lakin hər iki ölkə ilə münasibətləri yaxşılaşdırmağa ümid edir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
ABŞ lideri vurğulayıb ki, o, Rusiya və Çinin bir araya gəlməsini istəmir.
"Düşünürəm ki, Si Cinpin münasibətləri yaxşılaşdırmaq istəyir və düşünürəm ki, Rusiya da ABŞ ilə münasibətləri yoluna qoymaq niyyətindədir", - dövlət başçısı əlavə edib.
"Barak Obamanın bərbad enerji siyasəti onları (Rusiya və Çini - red.) yaxınlaşmağa, ağlagəlməz ittifaq qurmağa sövq etdi. Bu ittifaq təbii deyildi. Bunun bir səbəbi var: Rusiyanın ərazisi nəhəngdir, Çində isə boş torpaq sahəsi yoxdur. Rusiyanın əhalisi Çindən qat-qat azdır və bu, düşmənçilik üçün təbii zəmindir", - Tramp bildirib.
Seçilən
8
50
oxu.az

10Mənbələr