AZ

Paşinyan Ermənistan MN-ə təlimat verdi – “Atəşkəsi pozmayın”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozlmamaqla bağlı təlimat verib.

KONKRET.az xəbər verir ki, o bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, – Baş nazir bildirib.

Qeyd edək ki, bir neçə gündür Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulur.

Azərbaycan MN-dən verilən sonuncu açıqlamada martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutduğu bildirilib.// “Qafqazinfo”

Seçilən
2
5
konkret.az

10Mənbələr