AZ

Avtobus sürücüsünü döyənlərdən biri tutuldu - DİN-dən açıqlama

Xəbər verdiyimiz kimi, martın 12-si Abşeron rayonu Xırdalan şəhərində bir qrup şəxs avtobus sürücüsünə hücum edərək onu döyüblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov "Unikal"a bildirib ki, fakta görə cinayət işi başlanılıb.

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rövşən Məmmədli saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, - deyə o, əlavə edib.

Seçilən
12
4
unikal.az

10Mənbələr