AZ

Axtarışda olan 305 saxlanılıb - DİN

Bakı. Trend:

Martın 19-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdənbağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindəntəmin olunub.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 305, ocümlədən, borclu şəxs qismində axtarışda olan 270 nəfərsaxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Seçilən
44
46
az.trend.az

10Mənbələr