Ötən gün saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs məlum olub.
“Demokratikmusavat.com ” xəbər verir ki, İmamoğlunun vəzifəsini İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-li üzvü Nuri Aslan icra edəcək.
Bildirilib ki, Ə.İmamoğlu tərəfindən əlyazısı ilə hazırlanan “vəkalət” sənədi bələdiyyənin dəftərxanasına təqdim edilib.