Ermənistan tərəfi bu gün artıq 2-ci dəfə Azərbaycanın mövqelərini atəşə tutub.
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bilrdirib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.