Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 658,5 ton kolbasa məmulatları istehsal edilib.
“Demokratikmusavat.com ” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % azdır.
Martın 1-nə ölkədə 53,2 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 0,2 % çoxdur.
Xatırladaq ki, iki ayda Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 10,7 % çoxdur.