AZ

Sabah yağış yağacaq

Martın 21-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata əsasən arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-6°, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Seçilən
80
49
senzor.az

10Mənbələr