AZ

"Hamımız bilirik ki, 2022-ci ildə dünya çempionluğunu Messiyə sadəcə verdilər"

Fransa millisinin sabiq müdafiəçisi Patris Evra Argentina seçməsinin 2022-ci ildə qazandığı dünya çempionluğu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu qalmaqallı açıqlama verib.

“Biz 2018-ci ildə dünya çempionu olmuşuq. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya çempionluğunu Messiyə sadəcə verdilər. Hətta fransızlar da argentinalının qazanmasını istəyirdilər”, - deyə, o bildirib.

Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə üz-üzə gəlib. 3:3 hesablı bərabərliklə başa çatan matçın penaltilər seriyasında üstün olan Cənubi Amerika təmsilçisi çempion olub.

Seçilən
18
2
sportinfo.az

10Mənbələr