AZ

İranda 4,6 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İranın cənubundakı Buşəhr ostanında 4,6 bal gücündə zəlzələ başverib.

Trend xəbər verir ki, bubarədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:13-də (Bakıvaxtı ilə 02:43) Buşəhr şəhərindən 163 km cənub-şərqdə qeydəalınıb. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
49
9
az.trend.az

10Mənbələr