AZ

PSJ-nin hücumçusunun iki “müştəri”si var - İspaniyada

PSJ-də çıxış edən portuqaliyalı hücumçu Qonçalo Ramos karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferində “Atletiko” və “Barselona” maraqlıdır.

Ramosun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq.

O, Fransa çempionatının cari mövsümündə 14 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
6
24
sportinfo.az

10Mənbələr