“Arsenal” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşi transfer etmək üzərində işləyir.
Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “topçular” qarşıdakı transfer pəncərəsində klubunda qalma ehtimalı olmayan 26 yaşlı futbolçuya bir sıra iddiaçılar arasındadır.
London klubu isveçli oyunçunun agenti ilə rəsmi görüş təyin edib. Onun nümayəndəsinin “Arsenal”ın baş məşqçisi Mikel Artetanın dostu olduğu güman edilir.
Qyokereş bu mövsüm “Sportinq”in heyətində 41 matçda 40 qol vurub və 10 məhsuldar ötürmə edib.