AZ

İmamoğlu Ərdoğanla bağlı paylaşım etdi

Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Türkiyə prezidenti Ərdoğanın anasına ünvanlanan təhqirləri pisləyib.
Bolgə.tv xəbər verir ki, İmamoğlu bu barədə X hesabında paylaşım edib.
"Çörək, su, hava kimi müqəddəs saydığım analarımızın ünvanına yığılan təhqirləri qəbul edə bilmirəm. Prezidentin anasına edilən təhqirləri ürəkdən pisləyirəm. Bir daha uca Allahdan ona rəhmət diləyirəm”, - deyə İmamoğlu yazıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu haqda İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. O, Silivri cəzaçəkmə müəssisəsinə göndərilib.
Seçilən
57
50
bolge.tv

10Mənbələr