UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Ukrayna millisi səfərdə Belçika yığmasına böyükhesablı məğlubiyyətlə üzləşib.
Sportinfo.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Sergey Rebrov mətbuat konfransında bu nəticə haqda danışıb:
“Təəssüf. Hamımız çox əsəbiyik. Bu görüşdə qalib gəlməyə layiq deyildik. İrəli oynamaq lazım idi, amma çox aqressiv olan rəqibə qarşı idik”.
Cavab matçı Ukrayna yığmasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. İlk görüşdə Rebrovun yetirmələri 3:1 hesabı ilə qalib gəlmişdi.