“ABŞ və Rusiyanın mövqelərində yaxınlaşma əlamətləri büruzə verilsə də, əslində heç nə göründüyü kimi deyil və hətta ziddiyyətlərin, maraq toqquşmalarının indi daha çox önə çıxdığı müşahidə olunur. Hazırda hər hansı bir prinsipial anlaşmaların olduğundan danışmaq çox tezdir, çünki proses olduqca ləng gedir. Üstəlik, əngəllər də kifayət qədər çoxdur”.

Politoloqun sözlərinə görə, tərəflər arasında ciddi razılaşma mövcud deyil. Üstəlik, həm Avropa Birliyi ölkələri ABŞ və Rusiya arasındakı danışıqlara müqavimət göstərirlər, həm də rəsmi Kiyev artıq daha cəsarətli davranır və konkret şərtlər irəli sürür:
“Ona görə də Amerika Birləşmiş Ştatları da öz mövqeyinə nisbətən düzəliş eləmək məcburiyyətində qalıb və bu Rusiyanı çox ciddi şəkildə narahat edir. ABŞ- ın hər görüşdə mövqeyinin nisbətən dəyişməsi və sərtləşməsi Rusiyanı əndişələndirir və bu da cəbhə bölgəsində özünü göstərir. Rusiya atəşkəs istəmir. Rusiyanın istədiyi ondan ibarətdir ki, maraqlarına uyğun olan şərtlər daxilində bir sülh müqaviləsi hazırlansın və dərhal imzalansın. Kremldə böyük ehtimalla hesab edirlər ki, əgər atəşkəs imzalansa, Ukrayna öz itkilərini bərpa etmək və sonradan savaşı davam etdirmək üçün güc toplamaq şansı qazanacaq. Tərəfləra arasında sülh imzalanarsa və atəşkəs vaxtı bitdikdən sonra yenidən uzadılacaq və ümumiyyətlə, imzalanmayacaq və proses uzanmış olacaq. Rusiyaya isə öz şərtləri daxilində ən qısa zamanda savaşın dayandırılması lazımdır. Hazırda proseslər heç də Rusiyanın ümid etdiyi və yaxud da maraqlarına uyğun istiqamətdə cərəyan eləmir. Ona görə də Kreml hər dəfə danışıqlardan dərhal sonra cəbhə bölgəsində hərbi əməliyyatları intensivləşdirməklə güc nümayiş etdirməyə çalışır. Rusiya cəbhə bölgəsində daha sərfəli mövqelər əldə ələ keçirməyə səy göstərir ki, danışıqlar masasında öz mövqelərini gücləndirə bilsin. Son vaxtlar Amerika Birləşmiş Ştatları həm ərazi mübadiləsi, həm də Ukraynaya sülhməramlıların göndərilməsi məsələsini gündəmə gətirməyə başlayıb. Hər iki məqam Kremlin maraqlarına qətiyyən cavab vermir”.
“Kreml hesab edir ki, Ukrayna nəzarət altına aldığı ərazilərdən çıxmalıdır və ancaq Rusiya işğal etdiyi əraziləri nəzarətində saxlamalıdır. Yəni bu, bir rus imperializm təfəkkürünün məhsuludur. Hazırda əsas təkliflərdən biri ondan ibarətdir ki, Ukraynanın nəzarətində olan Rusiya əraziləri ilə Rusiyanın nəzarətində olan Ukrayna əraziləri dəyişdirilsin, Rusiya da buna razılaşmaq istəmir. Digər məsələ, bölgəyə sülhməramlıların göndərilməsi məsələsidir və Rusiya bunu da qəbul etmək istəmir. Yəni situasiya hazırda Rusiyanın əleyhinə çevrilmiş kimi görünür. Bu səbəbdən də Rusiya savaş meydanında vəziyyəti gərginləşdirməklə danışıqlar masasında qarşı tərəfi öz şərtlərini qəbul etməyə razılaşdırmaq niyyətində kimi görünür”, -deyə politolo0+ vurğulayıb.
Mehin Mehmanqızı