AZ

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Martın 26-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq.

Seçilən
16
4
konkret.az

10Mənbələr