AZ

Bu gün sonuncu Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr gecəsidir.

Hurriyyet.az xəbər verir ki, dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Xatırladaq ki, 30 martda Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Seçilən
1
49
hurriyyet.az

10Mənbələr