AZ

Paşinyan ABŞ dövlət katibi ilə İrəvan və Bakı arasında sülh sazişini müzakirə edib

Paşinyan: ABŞ dövlət katibi ilə söhbətdə İrəvan və Bakı arasında sülh sazişi məsələsi müzakirə edilib

Martın 25-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı İrəvan və Bakı arasında sülh sazişinin imzalanması məsələsi də müzakirə edilib.

Operativ Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi İrəvan və Bakı arasında sülh sazişi üzrə razılaşmanın əldə edilməsinin və sənədlə bağlı danışıqların başa çatdırılmasının vacibliyini vurğulayıb.

Seçilən
190
50
operativmedia.az

10Mənbələr