1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Özümüzün, doğmalarımızın səhhətində problem yaranarkən ilk zəng edəcəyimiz ünvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzidir (TTTYM). Burada işləyənlər üçün həftənin şənbə-bazar, yaxud qeyri-iş günləri yoxdur.
Onlar çalışırlar ki, zənglərə anında cavab verərək, aidiyyəti üzrə yönləndirsinlər.
Bəs TTTYM bayram gecələrində necə çalışır?
Həkim Rəna Hacıyeva mövzu ilə bağlı Baku TV-yə danışarkən qeyd edib ki, bayram günlərində iş rejimi daha gərgin olur:
"Bayram günlərində insanların nizamsız qidalanması nəticəsində həzm sistemində yaranan narahatlıqlarla əlaqəli çağırışların sayı daha çox olur. İnfarkt, insult, qanaxma ilə bağlı çağırışlara da gedirik. Ağır vəziyyətdə olan xəstələrlə bağlı zənglər də olur".
Sürücü Mahir Nəcəfov isə çağırışlara gedərkən qarşılaşdıqları əsas çətinliyin tıxaclarla bağlı olduğunu bildirib:
"Belə hallarda avtobus zolaqlarından istifadə etməyə çalışırıq. Digər avtomobillərin sürücüləri arasında yol verən də olur, verməyən də".
Ətraflı süjetdə: