AZ

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü açılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

 

Seçilən
66
14
avtosfer.az

10Mənbələr