AZ

Neftimizin qiyməti 76 dolları ÖTÜB

Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,29 ABŞ dolları və ya 1,72% artaraq 76,29 dollar/barel təşkil edib.

Bu barədə hafta.az-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,03 dollar və ya 1,40% bahalaşaraq 74,42 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,27 dollar və ya 2,16% artaraq 59,86 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,26 dollar və ya 1,71% bahalaşaraq 74,88 dollar/barel təşkil edib.

Martın 27-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
25
39
hafta.az

10Mənbələr