Braziliyanın keçmiş prezidenti Jair Bolsonoro çeviriliş cəhdində ittiham olunur.
Publika.az xəbər verir ki, Braziliya Federal Ali Məhkəməsi hazırkı prezident Lula da Silva hökumətinə qarşı dövlət çevrilişinə cəhd iddiası ilə Bolsonaroya qarşı cinayət işinin açılmasını təsdiqləyib.
Məhkəmə prokurorluğun Bolsonaro da daxil olduğu 7 nəfərə qarşı hazırladığı çevriliş ittihamını yekdilliklə qəbul edib və bu şəxslərə qarşı cinayət işi açıb.
Bolsonaro 31 oktyabr 2022-ci ildə Lula da Silvanın qazandığı seçkidə “hərbi müdaxilə yolu ilə devirməyə yönəlmiş sui-qəsd”ə rəhbərlik etdiyi iddiası ilə mühakimə olunacaq.