AZ

Sərnişin avtobusu "Toyota" ilə  toqquşdu - Yaralılar var

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

Modern.az xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
178
2
modern.az

10Mənbələr