AZ

Misir sahillərində rusiyalı turistlərin olduğu batiskaf batdı: Ölənlər və yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Misirin kurort şəhəri Hurgadanın sahilindən bir kilometr məsafədə, içərisində 45 rusiyalı turist, o cümlədən uşaqlar olan ekskursiya batiskafı batıb.
Oxu.Az-ın "Mash" "Telegram" kanalına istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, altı nəfər həlak olub, daha doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə turistlərin öz hoteli - beşulduzlu "Serry beach resort" tərəfindən təşkil olunan müntəzəm sualtı ekskursiya zamanı baş verib. Hoteldən limana transfer, daha sonra isə 22 metr dərinliyə dalış planlaşdırılırdı.
Versiyalardan birinə görə, faciənin səbəbi batiskafın iki pilotundan birinin səhvi olub. İdarəetmə ilə bacarmayaraq, o, sualtı qayığın sualtı rifə çırpılmasına səbəb olub. Güclü zərbədən batiskaf çevrilib, salonun hermetikliyi pozulub ki, bu da insan ölümünə səbəb olub.
Turistlərin əksəriyyəti operativ şəkildə təxliyə edilərək yerli xəstəxanalara çatdırılıb. Xilas edilənlərin aparıldığı "Sindbad" hotelinin pirsində Rusiyanın Baş Konsulluğunun diplomatları da var.
Qeyd edək ki, Rusiya KİV-ləri mərcan rifinin müşahidəsi üçün müntəzəm ekskursiyalar keçirən batiskafın arxiv görüntülərini yayımlayır.
Seçilən
83
50
oxu.az

10Mənbələr