Rusiya Ukraynanın Sumı və Xarkov bölgələrinə hücum etməyə hazırlaşır və bunun üçün vaxt udmağa çalışır.
Demokratikmusavat.comxəbər verir ki, bunu “Le Figaro”ya müsahibəsində Ukrayna prezident Volodimir Zelenski deyib .
"Təsdiq edə bilərəm ki, Putin vaxt udmağa və yaz hücumuna hazırlaşır. Biz bu gələcək əməliyyata hazırlıq görürük. Biz kəşfiyyat məlumatlarını müttəfiqlərimizlə paylaşmışıq", - Zelenski deyib.
O, Putinin Sumı və Xarkov vilayətlərində səkkiz ay əvvəl başlamaq istədiyi yeni hücuma hazırlaşdığını qeyd edib:
“Putn 8 ay əvvəl bu əməliyyata başlamaq istəyirdi, lakin biz Kursk vilayətinə müdaxiləmiz sayəsində buna mane olduq. Ona görə də bu gün ona vaxt lazımdır".
Mürtəza
Demokratikmusavat.com