Myanmanın mərkəzində 7,7 bal gücündə güclü zəlzələ baş verib.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ Myanmanın Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə, yerli vaxtla saat 12:50 radələrində baş verib.
***
AFP-nin xəbərinə görə, zəlzələ anında Banqkokda tikintisi davam edən hündürmərtəbəli binada işləyən 43 işçi dağıntılar altında qalıb. Bütünlükdə tələfatla bağlı hələlik məlumat verilməyib.
Tailandın Baş naziri təbii fəlakətlə bağlı şəhərdə fövqəladə vəziyyət elan edib.