Türkiyə Superliqasının 29-cu turunun mərkəzi oyununda bu gün "Beşiktaş"la lider "Qalatasaray" görüşəcək.
Moderator.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Yasin Kol olacaq.
Hazırda "Beşiktaş" 44 xalla 4-cü pillədədir, "Qalatasaray" isə 71 xalla vahid liderdir.
Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.