"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun kollektivə qoşulacağı tarix bəlli olub.
Zədəli olduğu üçün uzun müddətdir ki, komandaya kömək edə bilməyən müdafiəçi artıq müalicəsini başa vurub.
Sportinfo.az xəbər verir ki, Hüseynovun bu həftə fərdi məşqlərə başlayacağı gözlənilir.
O, ayın sonuna qədər kollektivlə məşqlərə start verəcək və mövsümün qalan hissəsində "Qarabağ"a kömək edə biləcək.