AZ

Britaniya və ABŞ liderləri “istəklilər koalisiyası”nın görüşünü müzakirə ediblər

Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Ukrayna məsələsində “istəklilər koalisiyası”nı müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.

Qeyd olunub ki, liderlər ikitərəfli əməkdaşlığı müzakirə edib, həmçinin iqtisadi əməkdaşlıq haqqında saziş üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

“Ukraynanı müzakirə edən baş nazir bu həftə (keçən - Qeyd) Parisdə “istəklilər koalisiyası”nın görüşündə məhsuldar müzakirələr barədə prezidentə məlumat verib”, - deyə məlumatda bildirilib.

Tərəflər həmçinin Rusiya prezidenti Vladimir Putinə qarşı kollektiv təzyiqlərin davam etdirilməsinin zəruriliyini təsdiqləyiblər.

Seçilən
27
40
report.az

10Mənbələr