AZ

Banqkokda dövlət qurumlarınun əməkdaşları təxliyə edildilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Banqkokda bir neçə dövlət qurumunun əməkdaşları zəlzələnin nəticələri ilə əlaqədar təxliyə ediliblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması departamentindən məlumat verilib.
Məlumata görə, Çenqvattanadakı hökumət binasında, Silahlı Qüvvələrin Baş Qərargahında, Sosial Təminat İdarəsində və Kral Polis Ofisində təxliyə elan edilib.
"Binalarda zəlzələ nəticəsində yaranmış ola biləcək struktur qeyri-sabitlik aşkar edilib. Buna görə də təhlükəsizliyin təmin edilməsi məqsədilə ehtiyat tədbiri olaraq, təxliyə elan edilib. Yoxlama çox vaxt almamalıdır və gözlənildiyi kimi, insanların adi rejimdə işə qayıtmasına icazə veriləcək", - deyə departamentdən bildirilib.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 8.2 olub. Respublikada zəlzələ qurbanlarının sayı 1 700-ü ötüb. Zəlzələdən həmçinin Tailand da zərər görüb, güclü təkanlar Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində də hiss olunub. Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı bazar günü 18 nəfərə çatıb, 76 nəfər isə itkin düşmüş hesab edilir.
Seçilən
98
23
oxu.az

10Mənbələr