Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına cavab verib.
"Prezident Tramp deyir ki, ABŞ Qrenlandiyanı alacaq. Mən açıq deyim: ABŞ bunu edə bilməyəcək. Biz başqa heç kimə aid deyilik. Gələcəyimizi özümüz müəyyənləşdiririk", - Nilsen deyib.
Tramp Qrenlandiyanın ilhaqı ilə bağlı "tamamilə real söhbətlər apardığını" söyləyərək, "Qrenlandiyanı alacağıq. Bəli, 100 faiz" deyib.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens isə cümə günü Qrenlandiyanın şimalındakı ABŞ hərbi bazasına baş çəkərək, Danimarkanı adanı kifayət qədər yaxşı qorumamaqda günahlandırıb və ABŞ-nin strateji cəhətdən yerləşən adayı qorumaq üçün daha yaxşısını edə biləcəyini təklif edib.