AZ

Azərbaycandan İspaniyaya pul köçürmələrinin həcmi açıqlanıb

Bakı. Trend:

Ötən il Azərbaycandan İspaniyaya fiziki şəxslərin pulköçürmələrinin həcmi 6,8 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 2,5 milyonABŞ dolları və ya 58,4% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində İspaniyanın payı1,3% təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan İspaniyaya fizikişəxslərin pul köçürmələrinin həcmi 4,3 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyonABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici iləmüqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9milyon ABŞ dolları və ya 34,6% azdır.

Seçilən
200
49
az.trend.az

10Mənbələr