AZ

Azərbaycandan Çinə pul köçürmələri 44%-dən çox artıb

Ötən il Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 11 milyon 779 min ABŞ dolları təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3 milyon 617 min ABŞ dolları və ya 44,3% artıb.

Xatırlatma üçün 2023-cü lldə Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 8 milyon 162 min ABŞ dolları

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Çinin payı 2,2% təşkil edib. 2023-cü ildə isə bu göstərici 1,5% idi.

Seçilən
196
4
fed.az

10Mənbələr