AZ

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Bəzi dağlıq rayonlarda aprelin 1-də gecə və səhər saatlarında avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Ölkə.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, görünüş məsafəsinin məhdudlaşması sabah olacaq dumanlı hava şəraiti ilə əlaqədardır.

Seçilən
101
50
olke.az

10Mənbələr