AZ

Trampın təhdidinə cavab: İranın raket hazırlığı yeni müharibənin siqnalıdır?

İran və ABŞ arasında gərginlik pik həddə çatıb. Ağ evin misli görünməmiş bombardaman xəbərdarlığından sonra İran Donald Trampın təhdidləri fonunda raket sistemlərini hazırlıq vəziyyətinə gətirib. Regionda nə baş verir? Yeni müharibə başlayır?
Bu barədə Moderator.az-a danışan politoloq Eldaş Həsənov deyir ki, son zamanlar İranın nüvə başlığı hazırlanması haqqında xəbərlər yayılır və bildirilir ki, artıq İran yaxın aylarda nüvə silahı əldə etməyə hazırdır:
 “Buna görə də Amerika, İranı bu yoldan çəkindirməyə çağırır. ABŞ Prezidenti Donald Tramp, İranın ali dini lideri Əli Xameneiyə məktub yazaraq, bu işdən əl çəkmələrini və danışıqlara gəlmələrini deyib. İranın ali lideri isə cavab məktubunda bildirib ki, onlar və nüvə silahı yox, nüvə enerjisindən istifadə üçün hazırlıqlar gördüklərini vurğulayıb. O, bu yoldan da dönməyəcəklərini qeyd edib. İranın İnqilab Keşikçilərinin komandanı da Xameneiyə müraciət edərək bu sahəni inkişaf etdirmək üçün icazə verilməsini istəyib və nəticədə onlar nüvə silahının hazırlanması ilə bağlı ciddi işlərə başlayıblar. Rusiya da bu prosesdə İrana dəstək göstərir. Bütün bunları, təbii ki, Amerika da bilir və buna görə də Tramp, İrandan nüvə silahı əldə etmə fikrindən əl çəkməsini tələb edir. ABŞ Prezidenti bildirir ki, əgər İran iki ay ərzində nüvə silahı haqqında razılaşma imzalamasa, o zaman ABŞ İranı bombalayacaq.  Artıq İsrail də İrana hücuma hazır vəziyyətdədir. Çünki İsrail, ABŞ-dan yeraltı obyektləri bombalamaq üçün ağır tonajlı bombalar alıb. Beləliklə, İsrail  bu məsələyə müdaxilə etməyə hazırdır və İranın nüvə obyektlərini bombalamağı planlaşdırır, bununla da İranın bu proqramı həyata keçirməsinin qarşısını almağa çalışır”.
Politoloq vurğlayıb ki, Tramp çalışır ki, İranla məsələləri danışıqlar yolu ilə həll etsin:
 “Görünən odur ki, İran rəhbərliyi ABŞ-la razılığa getmək istəmir və artıq bu təhdidlərə cavab olaraq bildirirlər ki, onlar hər şeyə hazırdırlar. Hətta  İran tərəfi raketdən müdafiə sistemlərini də hazır vəziyyətə gətiriblər. Rəsmi Tehran bildirir ki,  xaricdən onlara hücum edə bilməzlər. İran rəhbərliyi daxildən təzyiq edilməsini gözləyir, eyni zamanda da hava hücumları vasitəsilə öz nüvə obyektlərini bombalanmasına qarşı tədbirlər görürlər. Hesab edirəm ki, yaxın zamanlarda ABŞ, İsraillə birlikdə İranın nüvə obyektlərinə, hərbi hava qüvvələrinə və raket istehsal edən obyektlərinə ciddi hücumlar edəcək və  bombardman edəcəklər. Çünki İran rəhbərliyi ABŞ-la danışıqlara getməkdən imtina edir və bildirirlər ki, onlar öz yolundan dönməyəcəklər. İranın xarici işlər nazirinin sözçüsü də bildirib ki, ABŞ prezidenti İrana təhdid dili ilə yanaşır və güc tətbiq etmək istəyir. Təbii ki, ABŞ  qarşılıq alacaq və İran da öz gücünü göstərməyə hazırdır. Xarici işlər nazirinin sözçüsü əlavə edir ki, ABŞ Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq hüququn qərarlarına məhəl qoymur və yalnız təhdid dili ilə danışır. Buna cavab olaraq, İran da hər şeyi edəcəyini bildirir. Yəni, ABŞ-ın təklifi qəbul edilmir və həm ABŞ, həm də İsrail İranı bombalamağa hazırdır. Bu məsələnin yaxın günlərdə reallaşacağını düşünürəm, çünki İran geri çəkilmək istəmir və öz ideyasından, siyasətindən əl çəkmək istəmir. Əgər iki tərəfdən biri fikrindən daşınmasa, hava hücumları qaçılmaz olacaq. Həmçinin, ABŞ Ermənistanda olan  hərbi riçakalarından  İrana qarşı istifadə edə bilər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
166
50
moderator.az

10Mənbələr