İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 48.800 nəfər əhalisi olan Vaynqapu şəhərindən 142 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.